ENERJİ KEYFİYYƏTİ ANALİZLƏRİ
Təqdim edilən xidmətlər
Sənaye obyektinin həcmi və müştəri istəklərindən asılı olaraq aşağıdakı ölçmələr vasətəsi ilə lazımı informasiya toplanaraq obyektin enerji şəbəkəsi analiz edilir;
- Lokal və Ümumi Amperaj
- Gərginlik
- Aktiv/Reaktiv Enerji nisbəti
- Reaktiv Enerji İstifadəsi
- Harmonika Səviyyəsi
- Torpaqlama
- Avadanlıq və kabellərin istilik səviyyəsi
- Mühərrikli cihazlara ümumi baxış
Toplanan informasiya analiz edildikdən sonra müştəriyə Smart Energy tərəfindən həllər təqdim edilərək problemlərin ortadan qaldırılması üçün növbəti addım olan `Kompensator Qurğuları`nın hazırlanması və quraşdırılması mərhələsinə keçilir.
* Bütün ölçmə və analiz nəticələri şəffaf və anlaşılır şəkildə müştəri ilə paylaşılir və izah edilir.Tələb edildikdə uzun müddətli analizlər üçün lokal analizatorlar təmin edilərək enerji keyfiyyəti analizləri aparılır.
