Problem:
Qablaşdırılmış süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən, günlük 20 ton süd emal etmə qabiliyyətinə malik istehsalat sahəsində; mərkəzi soyuducu sisteminin əsas çilleri gün ərzində 2 – 4 saat fəaliyyətini dayandırır. Bu da nəticə olaraq xammalın istifadəyə yararsız vəziyətə gəlməsinə və ümumi istehsalat prosesinin dayanmasına səbəb olur. Xüsusi ilə enerji tələbinin yüksək olduğu pik saatlarında orta və böyük həcimli mühərrəklərin fəaliyyətinin tamamilə dayanması və ötürücü xətlərin isinməsi müşahidə olunur. Müəssəsənin fəalyyətinin davam edə bilməsi üçün müəssisəyə aid olan iki ədəd transformator davamlı nəzarət altında saxlanılır və həddindən artıq yük tələbində yük mənbəələri tez tez dəyişdirilir.
Analiz və Diaqnoz:
Transformatordan başlayaraq ən kiçik mühərrikə qədər bütün sahələrdə harmonika, reaktiv enerji, gərginlik, güc və güc tələbi analizləri aparıldı. Şəbəkədə yüksək miqdarda reaktiv enerji istifadəsi təsbit edildi. Çillerlərin dayanmasının reaktiv enerjidən qaynaqlanan amperaj yüksəlməsi və gərginlik düşməsi nəticəsində baş verdiyi görüldü. Analizlər əl tipi enerji keyfiyyəti ölçmə cihazı və sabit portativ sayğac oxuyucusu vasitəsi ilə həyata keçirildi. Nəticə olaraq;
- Analiz nəticələrinə görə lazımı sahələrdə lokal kompnsasiya qurğusu quraşdırılmasına
- İş prosesinin davamlı izlənməsinə və nəticələrə görə ikinci fəaliyyət planı hazırlanmasına qərar verildi.
Nəticə:
Lokal kompensator qurğusu quraşdırıldıqdan sonra ümumi amperaj 30% azaldı və gərginlik 380V – 400V arasında stabilləşərək davamlı işləmə prosesi təmin edildi. Amperajın azalmasına görə planlanan ikinci fəalyyət olaraq xidmət edən 2 transformatordan biri söndürüldü və ehtiyat transformatoru olaraq ayarlandı. Transformatorda isinmə və yüksək səsli çalışma böyük ölçüdə azaldıldı, reaktiv enerji istifadəsi aktiv enerjiyə nisbətən 20% ə qədər endirildi. Bütün bu faktorlar nəticəsində enerji sərfiyyatı ortalama 15% azaldı, müştəri üçün ən əhəmiyyətlisi olan; istehsalat prosesində dayanmalar aradan qaldırıldı və transformator sisteminə davamlı nəzarət etmə məcburiyyəti aradan qaldırıldı.