AVTOMATLAŞDIRMA VƏ MONİTORİNG

Smart Power Online İdarəetmə Sistemi

Kompensator qurğularına, istifadə edilən matreallara (kondensator, reaktor və harmonika filterlərinə) görə davamlı olaraq nəzarət edilməlidir. Müəssisələrdə kompensator qurğuları quraşdırıldıqdan sonra, bu sistemin öz işini tam olaraq yerinə gətirməsi üçün davamlı olaraq monitoring edilməlidir.

Bu monitoring fiziki olaraq qismən mümkün olsa da, detallı bir izləmə və kompensasiyanin davamlılığını təmin etmək qeyri – mümkündür.

SmartPower online idarəetmə sistemi bu problemin tam həll yoludur.

Sistem Necə İşləyir?

Smart Power Online Monitoring sistemi ilə istər elektrik sayğacını, istərsə də kompensasiya regulatoru/multimeterini monitoring edə bilərsiniz. Her iki sistemdə də hər hansı bir program quraşdırılma olmadan internet üzərindən elektrik enerjisi sistemini monitor edəbilərsiniz. 

Monitor etmək istədiyiniz sistemə quraşdırılan cihaz (Smart Poüer GPRS vəya ETHERNET modem), sayğacla vəya regulatorla kommunikasiya quraraq lazımi məlumatı mərkəzi serverə göndərir. Siz də web saytı üzərindən SmartPower sisteminə daxil olaraq elektrik enerjisi sistemlərini monitor edə bilərsiniz. Sistemə girməsəniz belə, daha öncədən təyin edilən alarm və xəbərdarlıq parametirləri e-mail və SMS vasitəsi ilə sizə bildirilir.

Monitorinq Xüsusiyyətləri

Ölçülən Parametirlər
Gərginlik, Amperaj, Aktiv Güc, Reaktiv Güc, Görünən Güc, Enduktiv və Kapasitiv Nisbətlər.
Hesabat
İsdənilən tarixlər arasındakı bütün enerji parametirləri və endukdiv/kapasitiv nisbətlər hesabatı çixarmaq mümkündür. Bu hesabatları excel vəya pdf formatında komputerinizə yaza bilərsiniz.
Analiz və Grafiklər
Müəssəsənin elektrik enerjisi sərfiyyatı hesabatları grafiklərlə təqdim edilir.İstədiyiniz təqdirdə bu grafiklər pdf, jpg, png formatında yaddasda saxlanılır. Bununla da müəssəsə haqqında daha aydın məlumat etmə şansınız olur.
Uzun Müddətli Məlumat Bazası
Son 1 ilim bütün enerji dəyərləri sistemdə saxlanılır.
E-mail ve SMS xəbərdarlığı
Daha öncədən təyin edilən alarm və xəbərdarlıq parametirləri e-mail və SMS vasitəsi ilə sizə bildirilir.
Məlumat Təhlükəsizliyi
İnternet qoşuntusundakı kəsilmələrə qarşı məlumatları depolayaraq və təkrar
qoşuntu təmin edildiğində bu məlumatlar serverə göndərilir.
Requlatorlarda Pillə Testi
Kompensator Qurğularındakı mövcud olan pillələrin anlıq göstəricilərini göstərir, istədiyiniz zaman online pillə testi tədbiq edə bilərsiniz. 
Güc Grafikası
Kompensator Qurğuları vasitəsi ilə sistemdəki reaktiv enerji və harmonika hərəkətliliyi izlənir. Güc Grafikası sayəsində sisteminizi asanlıqla analiz edib doğru pillə və kondensator seçimini planlayaraq tədbiq edə bilərsiniz.