REAKTİV ENERJİ HAQQINDA

Reaktiv Enerji Nədir?


Bobin ve kondansator xüsusiyəti olan yüklər çalışmaları üçün lazım olan maqnetik sahəni şəbəkədən enerji alaraq əldə edirlər Ortaya çıxan bu maqnetik sahə sayəsində ötürücü xətlərdə bir miqdar `lazımsız` yük əmələ gəlir ve bu yükün gördüyü bir iş yoxdur. Bu yük REAKTİV ENERJİ adlandırılır.

Sənaye sahəsində olan yüklər iş şərtlərini yerinə gətirmək üçün elektrik şəbəkəsindən enerji (KW) almaqdadır; ve bu alınan enerjinin sadecə bizə yarayan qismidir (AKTİV ENERJİ). Burada aktif enerji iş görən gücdür məs: mühərrikin dönməsi, işıqların yanması v.s . Reaktiv enerji isə motorun startında ehtiyacı olan  elektromaqnetik sahəni əldə etmək üçün sərf ettiyi gücə deyilir. Gərginlik və voltaj arasındaki faza fərqinə  bağlı olaraq, avadanlığın reaktif güc istehlakı ehtiyacı ortaya çıxar. Reaktif güc, ötürücü xətlərdə iləri geri hərəkət ettiyi üçün əlavə bir yük vəzifəsi görür. Buna görə  reaktif güc, bütün kabellərin, transformatorların, mühərriklərin istifadəsində önəmli bir faktordur. Buna görə, bütün daxili enerji şəbəkələri həm aktiv həm də reaktiv güc diqqətə alınaraq dzayn edilməlidir.

Yüksək miqdarda reaktiv güc varsa, sistem güc faktorunu aşağı salır və nəticə olaraq avadanlıq performansı azalacaqdır. Bu, istənilməyən voltaj azalmasına, daha çox ötürücü itkisinə, riskli dərəcədə isinməyə, ve daha çox enerji sərfiyatına səbəb olur.

Reaktiv Güc Mənbəələri


Reaktiv güc, güc sistemi şəbəkəsinə bağlı bir çox avadanlıq tərəfindən istehsal edilir və ya `udulur`. Buna görə, şəbəkə üzərindən keçən reaktiv güc axını bu avadanlıqlar tərəfindən tənzimlənir. Bu reaktiv güc mənbəələri və funksiyaları aşağıdakı kimidir;

Generatorlar: RE həm istehsal edilir, həm də udulur

Kapasitorlar ve Reaktorlar: RE istehsal edilir
Ötürücü Xətlər və Yeraltı Kabellər: RE udulur
HVDC konvertorlar: RE udulur
Transformatorlar: RE udulur
Yüklər: RE udulur. Bu yüklərdən bəziləri: asenkron motorlar, induksiyon motorları, ark peçləri, sabit yük olaraq: induksiyonlu havalandırma, məkan havalandirması , su isitmə və çillerləri sayabilərik.

Reaktiv Gücün Əhəmiyyəti


Reaktiv güc, bir çox səbəbə görə elektrik enerjisi şəbəkəsi üçün həm `problem` həm də `həlldir`.

Reaktiv Enerji – enerjisi şəbəkəsi sistemində bir çox lazımi funksiyaların yerinə yetirilməsi üçün cox əhəmiyyətli rol oynamaqdadır;

► Reaktiv güc ehtiyacını qarşılamaq,
► Gərginlik profillərini tənzimləmək,
► Sərfiyyat itkisini azaltmaq,
► Təcili ehtiyac olduğunda sistemi mühafizə etmək üçün lazımı resursu təmin etmək üçün reaktiv enerjiyə ehtiyac vardır.

Yüksək miqdarda reaktiv güc varsa, sistem güc faktorunu aşağı salır və nəticə olaraq avadanlıq performansı azalacaqdır. Bu, istənilməyən voltaj azalmasına, daha çox ötürücü itkisinə, riskli dərəcədə isinməyə, ve daha çox enerji sərfiyatına səbəb olur.

Reaktıv güc tələbi (kapasitiv reaktiv güc) artdıqca gərginlik azalır, reaktiv güc istehsalı (enduktiv reaktiv güc) artdiqda isə gərginlik artır.

Reaktiv Gücün Göstəriciləri

Reaktiv güc göstəricisi `kVar`dır və Cosϕ olaraq ölçülür. Toplam güc (kVa) = Aktiv Güc (Kvt) + Reaktiv Güc (kVar) düstüruna göre qəbul edilən normal  Cosϕ dəyəri  1 dir. Bu dəyər 1 dən yuxarı olduqda enduktiv reaktiv enerjinin və 1 dən aşaği olduqda isə kapasitiv reaktiv enerjinin istifadesinin cox olduğunun göstəricisidir. Bu standartlar hər ölkədə əlaqədər qurumlar tərəfindən ayrı ayrı tənzimlənsədə, beynəlxalq səviyyədə qəbul edilən sərhədləyici Cosϕ dəyərləri – enduktiv reaktiv enerji üçün 1.05 və kapasitiv reaktiv enerji üçün isə 0.95 dir.

Reaktiv güc bir neçə yolla ölçülən göstəricidir. Anlıq güc göstəricilərini reaktiv güc ölçmə xususiyyəti olan sayğaclar vasitəsi ilə əldə etmək olar, amma anlıq ölçümlər üçün ən yaxşı vasitə əl tipi multimetrlərdir. Genişmiqyaslı analiz və monitoring üçün isə lokal analizatorlar, yaddaş xüsusiyyəti olan əl tipi multimetrlər və digər ölçmə aparatları istifadə edilir. Ölçmə və Reaktiv enerji analizinin mütəxəssis heyət tərəfindən aparılması mütləqdir.

Reaktiv Gücün İdarə Edilməsi

Reaktiv Enerji İdarə Ediləbilən Güc Faktorudur.

Şəbəkədə güc itkisinə səbəb olan Reaktiv Enerjinin idarə edilməsi mümkündür. Bu idarə etmə kompensator qurğuları ilə aparılmaqdadır. Bu qurğuların mövcud vəya yeni/planlandırılmış elektrik şəbəkələrinə qoşulması mümkündür. Kompensator qurğularının əsas hissəsi kondensatorlardan (capacitors) ibarətdir. Kondensatorlar reaktiv enerjini idarə edərək şəbəkəni və elektrik qurğularını tənzimləyir və enerji istifadəsini optimallaşdıraraq enerji keyfiyyətini maksimum səviyəyə gətirir. Bunun nəticəsi olaraq da qısa və orta müddətdə müsbət təsiredicilər ortaya cıxır.

Kompensator qurğuları haqqında daha ətraflı məlumat almaq üçün Kompensator Qurğuları səhifəsindən istifadə edə bilərsiniz. 

Reaktiv Güc Ölçmə və Analiz Xidmətləri

Reaktiv Güc Ölçümləri

Smart Energy tərəfindən reaktiv güc ölçmələri və əldə edilən data analizi təcrübəli komanda tərəfindən professional avadanlıqlarla aparılmaqdadır. Sənaye obyektinin həcmi və müştəri istəklərindən asılı olaraq aşağıdakı ölçmələr vasətəsi ilə lazımı informasiya toplanaraq obyektin enerji şəbəkəsi analiz edilir;

  • Lokal və Ümumi Amperaj
  • Gərginlik
  • Aktiv/Reaktiv Enerji nisbəti
  • Reaktiv Enerji İstifadəsi
  • Harmonika Səviyyəsi
  • Torpaqlama
  • Avadanlıq və kabellərin istilik səviyyəsi
  • Mühərrikli cihazlara ümumi baxış

Toplanan informasiya analiz edildikdən sonra müştəriyə Smart Energy tərəfindən həllər təqdim edilərək problemlərin ortadan qaldırılması üçün növbəti addım olan `Kompensator Qurğuları`nın hazırlanması və quraşdırılması mərhələsinə keçilir.

* Bütün ölçmə və analiz nəticələri şəffaf və anlaşılır şəkildə müştəri ilə paylaşılir və izah edilir.Tələb edildikdə uzun müddətli analizlər üçün lokal analizatorlar təmin edilərək enerji keyfiyyəti analizləri aparılır.