Kompensator Qurğuları Təklifləri


Kompensator qurğuları seçilmədən öncə  mütəxəssis heyət tərəfindən Reaktiv Enerji Analizi-nin aparılması mütləqdir. Reaktiv Enerji Analizləri haqqında daha ətraflı məlumat almaq üçün RE Analizləri səhifəsindən istifadə edə bilərsiniz. 

1 – Lokal Kompensator Qurğuları

Lokal kompensasiya reaktiv güc mənbəyi olan motor, lampa vəya transformator kimi güclərə paralel olaraq kondansator quraşdıralaraq güc lokal olaraq kompensasiya edilir. Kondansator güc ilə birlikdə start/stop etdiyinə görə kondansatora start vermək üçün ayrı bir prosessor sisteminə ehtiyac yoxdur. Bütün gücdəki motorlorda istifadə edilir. Üstünlükləri:
– Reaktiv güc istifadəsini ən aza düşürür.
– Aktiv güc ehtiyacını düşürür.
– Transfarmatorun daha çox yüklənməsinin qarşısını alaraq daha cox yükə imkan verir.
– Daxili enerji şəbəkəsində kabellərin diametrinin azaldılması mümkün olur daha incə kabellər isttifadəyə imkan verir.
– Kabellərdəki itkini azaldır

Lokal Kompensator Qurğuları, investisiya xərclərinin digər metodlara görə daha cox olmasına baxmayaraq; aktiv enerji üzərindən ən cox qənaət edən metod olaraq bilinir. 

2 – Qruplaşdırılmış Kompensator Qurğuları

Eyni kontaktor üzərindən qoşulan fərqli güclərdəki yük qrupların kompenzasiyası üçün isitifadə edilir. Birden çox yükün eyni mərkəzdən idarə edildiyi sitemlərdə istifadəsi daha uyğundur. Üstünlükləri;
– Reaktiv güc istifadəsini ən aza düşürür.
– Aktiv güc ehtiyacını düşürür.
– Transfarmatorun daha çox yüklənməsinin qarşısını alaraq daha cox yükə imkan verir.
– Daxili enerji şəbəkəsində kabellərin diametrinin azaldılması mümkün olur daha incə kabellərdən isttifadəyə imkan verir.
– Kabellərdəki itkini azaldır

Sənaye yükləri arasındakı məsafə, güc, işləmə müddəti fərqli olduğundan, qrup kompensator qurğularında kondensatorların paylanması daha diqqətli və həssas dzayn edilməlidir. Bu səbəbdən, qrup kompensasiya sistemi lokal kompensasiya sistemi qəder effektiv olmur.

3 – Mərkəzi Kompensator Qurğuları

Sistemdəki yüklərə və iş çeşidinə görə kompensasiya gücünü tənzimləyən bir qurğudur. Ən çox istifadə edilən kompensasiya növüdür.

İri həcimli sənaye obyektlərində yüklər heç bir vaxt eyni anda işləməyə başlayıb eyni anda güc istifadəsinə başlaya bilməyəcəyi üçün, bu sənaye obyektlərində lokal vəya qruplaşdırılmış kompensator qurğularının quraşdırılması daha çətin və bahalı bir həll yolu olur. Bu metodla quraşdırılmış kompensator qurğuları həm idarə edilməsi həm də iri sənaye obyekti şəbəkə keyfiyyəti üçün daha əlverişlidir.Üstünlükləri;

–  Güc faktoru tək bir yerdən idarə edilir.
–  Bu metod ən ucuz metoddur.
–  Yüksək vəya az kompenzasiyanin qarşısi avtomatik olaraq alınır.

Mənfi cəhətləri; reaktif güc, qurğu çıxışından sonra istifadə edilən bütün naqillərdə davam edir və aktiv itkilər tam olaraq yox edilmir. Aktiv enerjiye ən az qənaət edən metoddur.

Satış və Quraşdırılma