ENERJİ KEYFİYYƏTİ ANALİZLƏRİ

Təqdim edilən xidmətlər

Sənaye obyektinin həcmi və müştəri istəklərindən asılı olaraq aşağıdakı ölçmələr vasətəsi ilə lazımı informasiya toplanaraq obyektin enerji şəbəkəsi analiz edilir;

  • Lokal və Ümumi Amperaj
  • Gərginlik
  • Aktiv/Reaktiv Enerji nisbəti
  • Reaktiv Enerji İstifadəsi
  • Harmonika Səviyyəsi
  • Torpaqlama
  • Avadanlıq və kabellərin istilik səviyyəsi
  • Mühərrikli cihazlara ümumi baxış

Toplanan informasiya analiz edildikdən sonra müştəriyə Smart Energy tərəfindən həllər təqdim edilərək problemlərin ortadan qaldırılması üçün növbəti addım olan `Kompensator Qurğuları`nın hazırlanması və quraşdırılması mərhələsinə keçilir.

* Bütün ölçmə və analiz nəticələri şəffaf və anlaşılır şəkildə müştəri ilə paylaşılir və izah edilir.Tələb edildikdə uzun müddətli analizlər üçün lokal analizatorlar təmin edilərək enerji keyfiyyəti analizləri aparılır.