Problem:
İçməli su məhsulları istehsalı sahəsində fəaliyyət göstərən müəssəsədə mövcud transformatorun lazımı gücdə olmasına baxmayaraq; istehsalat sahəsindəki cihazların ən az yarısı elektrik enerjisi resusrsu çatışmamazlığına görə növbəli olaraq fəaliyyət göstərmək məcburiyətində qalır. İstehsalat tutumu günlük 4000 ton olmasına baxmayaraq, günlük istehsalat həcmi 2000 ton üzərinə çıxmır. Xüsusi ilə pik saatlarında istehsalat dayanır, əsəs cihazlardan olan mərkəzi kompressor tez tez sıradan çıxır və davamlı olaraq nəzarət altında saxlanılması lazım gəlir. Elektrik şəbəkəsindəki bilinməyən problemlər nəticəsində digər köməkçi avadanlıqlar da tez tez sıradan çıxır. Ötürücü xətlərdə yüksək dərəcədə isinmə, ümumi gərginlik azalması və bütün mühərriklərdə yüksək səsli çalışma görülür.
Analiz və Diaqnoz:
Bütün sahələrdə harmonika, reaktiv enerji, gərginlik, güc və güc tələbi analizləri aparıldı. Şəbəkədə yüksək müqdarda gərginlik azalması, fazalar arasında güc fərqi, tənzimləyicidən qaynaqlı sərfiyyat problemi, yüksək miqdarda reaktiv enerji istifadəsi təsbit edildi. Yüksək gücdəki mərkəzi kompressorun problemlərin digər köməkçı kompressorlara və avadamlıqlara təsir ettiyi təsbit edildi. Tənzimləyici testlərində fazalardan birinin qismən siradan çıxdığı və bu problemin bütün şəbəkəyə artaraq yayıldığı təsbit edildi. Analizlər əl tipi enerji keyfiyyəti ölçmə cihazı vasitəsi ilə həyata keçirildi. Nəticə olaraq;
- Tənzimləyicinin təmir edilməsinə,
- Əsas paylayıcı qoşuntularının yenidən dzayn edilməsinə,
- Analiz nəticələrinə görə lazımı sahələrdə lokal kompnsasiya qurğusu quraşdırılmasına qərar verildi.
Nəticə:
Tənzimləyici təmir edilərək fazalar arası fərq tənzimləndi, lokal kompensator qurğusu quraşdırıldıqdan sonra ümumi amperaj 35% azaldı və gərginlik 380V – 400V arasında stabilləşərək davamlı işləmə prosesi təmin edildi. Amperajın azalmasına görə eyni transformator üzərində ikinci istehsalat xətti işə salındı və istehsalat həcmi günlük 2000 ton-dan 3800-tona çıxarıldı. Reaktiv enerji istifadəsi aktiv enerjiyə nisbətən 25% ə qədər endirildi. Bütün bu faktorlar nəticəsində enerji sərfiyyatı ortalama 13% azaldı, müştəri üçün ən əhəmiyyətlisi olan; istehsalat prosesində dayanmalar aradan qaldırıldı və transformator sisteminə davamlı nəzarət etmə məcburiyyəti aradan qaldırıldı.