Problem:

24 Saat çalışan istehsalat sahəsində iri həcimli mühərriklərin uzun start müddəti (120 – 140 sn), senxron işləyən mühərriklərin arasında balanssızlıq, davamlı və təhlükəli səviyyədə gərginlik balanssızlığı (360V – 440V arası), transformator həcminin lazımı qədər olmasına baxmayaraq yüksək səviyəli isinmə və yüksək səsli çalışma, kompensator qurğularının olmasına baxmayaraq yüksək miqdarda (70%) induktiv reaktiv enerji və balanssız kompensasiya. Bütün bu faktorlar nəticəsində ortaya çıxan lazımı səviyyədən artıq enerji sərfiyyatı, istehsalat prosesində dayanmalar və istehsalat həcminin azalması, mühərrikli cihazların daha tez `yaşlanması` və köməkçi avadanlıqların tez-tez sıradan çıxması.

Analiz və Diaqnoz:

Transformatordan ən kiçik mühərrikə qədər bütün sahələrdə harmonika, reaktiv enerji, gərginlik, güc və güc tələbi analizləri aparıldı. Analizlər əl tipi enerji keyfiyyəti ölçmə cihazı və sabit portativ sayğac oxuyucusu vasitəsi ilə həyata keçirildi. Nəticə olaraq;

  • Kompensator qurğusunun təmir edilməsinə
  • Analiz nəticələrinə görə lazımı sahələrdə lokal kompnsasiya qurğusu quraşdırılmasına
  • Transformator gərginlik pilləsinin 2 səviyyə aşağı salınmasına
  • İş prosesinin davamlı izlənməsinə və online monitoring sisteminin quraşdırılmasına qərar verildi.

Nəticə:

İri həcimli mühərriklərin uzun start müddəti 120 – 140 sn dən 15 – 30 saniyəyə düşürüldü, senxron işləyən mühərriklərin arasında balanssızlıq aradan qaldırıldı, davamlı və təhlükəli səviyyədə gərginlik balanssızlığı normal səviyyəyə gətirildi (380V – 410V arası), transformatorda isinmə və yüksək səsli çalışma böyük ölçüdə azaldıldı, reaktiv enerji istifadəsi 70% dən 15% ə endirildi. Bütün bu faktorlar nəticəsində enerji sərfiyyatı ortalama 12% azaldı, müştəri üçün ən əhəmiyyətlisi olan; istehsalat prosesində dayanmalar aradan qaldırıldı və istehsalat həcmi artdı. Online monitorinqi və alarm sistemi nəticəsində enerji şəbəkəsi və istehsalat prosesi daimi nəzarət altında saxlanılmaqdadır.