İstifadə etdiyimiz enerjinin iki birləşəni vardır. Bunlar aktiv və reaktiv birləşənlərdir.

Bu iki birləşəndən istifadə edə bildiyimiz isə aktiv birləşəndir. Cihazlarmımızın işləyə bilməsi üçün aktiv birləşənə ehtiyacımz var.  Reaktiv gücü isə boşa gedən bir enerji kimi düşünmək mümkündür. Ofislərimizdə istifadə etdiyimiz bir çox cihaz reaktiv gücü özünə çəkir. Enerji sistemlərindən çəkilən bu gün bir sıra maddi problemlərə yol aça bilir. Buna görədə çox ölkələrdə kompensasiya məcburi hala gətirilmişdir ( Türkiyə, Ukranya, Almanya  vs..).  Hesablanmış miqdarın xaricində çəkilən reaktiv enerji səbəbi ilə elektirik qəbzlərinə reaktiv borc yansımaqdadır.  Həm enerji itirilməsinin qarşısını almaq həmdə mövcud enerjinin daha artıq istifadəçiyə ötürülməsi üçün kompensasiya sisteminin quraşdırılması məsləhət görülür.